{forum}
Ordusu olmayan ölkələr![]() Ordusu olmayan ölkələr Ordusu olmayan ölkələr Belə ölkələr sülh və əmin-amanlıqda yaşayırlar Ordu ölkənin təhlükəsizliyinin əsas təminatıdır. Amma bu bütün ölkələr üçün belə deyil. Bəzi dövlətlər həm çoğrafi mövqeləri, həm də sahib olduqları dövlət quruluşu sayəsində orduya heç bir gərək duymurlar. Ən kicik hərbi gücə belə sahib olmayan və çoxu ada dövlət olan bu ölkələr hərbi məqsədlərə hər il milyard dollarlarla vəsait ayıran ölkələrdən fərqli olaraq daha sakit yaşayırlar. 1.Solomon adaları Solomon adaları yüzlərlə xırda adadan ibarətdir. Ölkədə təhlükəsizliyə polis qüvvələri nəzarət edir. Ölkədə hər hansı savaş çıxacağı təqdirdə isə buna Avstraliya müdaxilə edəcək. 2.Kosta Rika Ölkədə bir zamanlar ordu olub. Ancaq 1948-ci ildə prezident olan Jose Fiqueres Ferrer 2 min insanın ölümünə səbəb olan daxili çəkişmələrdən sonra ordunu ləğv edib. Amerika ölkələri qarşılıqlı anlaşmasına görə, hər hansı ölkə Kosta Rikaya hücum etsə ABŞ, Çili və Kubanın da aralarında olduğu 21 ölkə Kosta Rikanın müdafiəsinə qalxacaq. 3.Samoa Samoa hərbi gücə ehtiyacı yaranacağı təqdirdə, Avstraliyaya müraciət etmək haqqında saziş imzalayıb. 4.Andorra Heç bir ordusu olmayan Andorra 1914-cü ildə 10 nəfərlik hərbi heyətlə Almaniyaya hücum etməyə cəhd edib. Hazırda ölkədə 240 nəfərlik hüquq-mühafizə dəstəsi var. Andorrada odlu silahı olan kişilərin polis güclərinə qatılmağı şərtdir. Bundan başqa Andorranın 3 müdafiəçisi var. Bunlar Fransa, İspaniya və NATO-dur. 5. Marşall adaları Adaların mühafizəsini ABŞ öhdəsinə ***ürüb. Hökumət daxili sabitliyi qorumaq üçün polis təşkilatı yaradıb. 6. Lixtenşteyn Ölkə 1868-ci ildə Avstriya –Prussiya savaşından sonra büdcəyə ziyan vurduğu üçün ordunu ləğv edir. Ölkə daxilində təhlükəsizliyi təmin etmək üçün polis qurumu yaradılıb. Bundan sonra bir necə dəfə dövlət rəsmiləri ordu qurmaq istəsələr də, büdcə buna imkan vermir. Hazırda baş verəcək bir hücum halında ölkəni qoruyacaq hərbi sistem yoxdur. 7. Vatikan Dünyanın ən kiçik ölkəsi olan Vatikan qanunlara görə, ordu yarada bilmir. Bu gün Vatikan isveçrəli mühafizəçilər tərəfindən qorunur. Onlar həm Papanı, həm də Vatikan sarayını qorumalıdır. Ölkədə jandarma qüvvələri də var. Şəhər isə ümumilkdə İtaliyanın himayəsi altındadır.
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
Məlumat"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
Onlayn
| Tapılmadı. |
| Googlebot |
Sonuncu Daxil Olan
20:
| _Esmeralda_ | _KRAL_ | ||
| Admin | ali zohrab | ||
| ayselin fanati | chekistValera | ||
| ferish91 | mamed_1109 | ||
| menem | my_world | ||
| naseh | oku | ||
| Persona | scorpion88 | ||
| Sirius | Skarpion | ||
| UreyimEA | VityAka | ||
| vusal | xezerlenkaran |
Sorğu
Hansı növ Xəbərlərə Üstünlük verirsiniz ?
Hava Haqqında
Statistika
| Bazar Ertəsi | 146 |
| Cərşənbə Axşamı | 227 |
| Cərşənbə | 197 |
| Cümə Axşamı | 0 |
| Cümə | 0 |
| Şənbə | 70 |
| Bazar Günü | 137 |
| Cəmi Hit: | 12431 |
| Cəmi Host: | 2577 |
| Sizin Rekord: | 244 |























